Newscenter.az.30.10.2019. ABŞ Konqressinin alt-nümayəndələr palatası, qondarma 1915-ci il "erməni soyqırımı" formal tanınması barədə qətnamə qəbul edib.
Ekspertlər şərh edir ki, bu addım ciddi fəsadlar doğura bilsə də, Senat və Prezidentin qətnamə sənədini təsdiq etmədiyindən ABŞ hökuməti və Dövlət Departamentin, diplomatların mövqeinə təsir edə bilməyəcək. Yəni ki, bu "tanıma" daha çox, sadə simvolik, mənəvi xarakter daşıyacaq.
Sənədin qəbulunda əsas rolu olan demokratlar çoxluğunun lideri Sten Hoyer bildirib ki, sənəd yalnız tarixi əhəmiyyət daşıyır, diplomatik deyil, Türkiyəyə qarşı deyil, Osmanlı imperiyasınsakı hadisələrə qarşıdır. Və o sonda isə riyakarlıqla parlament tribunasından açıqca bəyan edib ki, qətnamə erməni və kürd qardaşlarımız üçün bir siqnaldır ki, ABŞ onları heç vaxt tək buraxmaz!
Beləliklə də, bu addımın içində Türkiyəyə qarşı qərəz və riyakarlıq açıq görünür. Daha bir fakt.
"Soyqırım" tanınması qətnaməsi yanvar ayında nümayəndələr Palatasına çıxarılmışdı, bu günə kimi baxılmırdı, məhz indi, Türkiyənin Suriyada terror qruplaşmalarına qarşı əməliyyatı zamanı qəbul edildi. Konqressin Türkiyəyə düşmənçilik mövqeyi aydın görùnür, kürd-erməni təəəssübü fonunda.
Türkiyənun Xarici İşlər Nazirliyi ABŞ konqressi nümayəndələr palatasının bu addımına kəskin reaksiya verib və "soyqırım" tanıma qərarını da biabırçı adlandırıb. Hələ Türkiyə hökumətinin, T. Ərdoğanın da reaksiyaları olmalıdır, yəqin olar.
Mənim zənnimcə isə, bu addım konqressin adı ilə olsa da, ABŞ-ın Türkiyəyə qarşı ümumi təsir və təzyiq planının ilk fraqmentidir, "soyqırım"ın tanınmasının özüllü, fundamentidir.. Bunun da arxasınca yəqin, Türkiyəyə qarşı B planı, ciddi sanksiyalar başlana bilər. Və bütün bu gedişin əsas səbəbi, üzdə nə göstərilsə də, Türkiyənin Rusiya ilə son dövr sıx, dərin yaxınlaşmasıdır.
Və.. çox təəssüf ki..
Mənim müşahidəm onu göstərir ki, ABŞ bizim Azərbaycana qarşı da, təsir-təzyiq sanksiyaları kampaniyasına hazırlaşır. ABŞ-Qərb niyə bunu etmək istəyir, Azərbaycan hökuməti ilə hansı riyakar gedişi pozulub, və hökumətin də hansı yönəmi onu qəzəbləndirib, sanksiya və təzyiq üçün hansı əsas və səbəblər (insan hüquqları və sərbəst toplaşma azadlığı pozulma adı ilə) hazırlanır, belə bir bəhanə, səbəb verilməsində də hansı metodlar, hansı müxalifətdən (bilərək, ya bilməyərəkdən) istifadə edilir və nəhayət bu sanksiyaların, əslində Azərbaycan hökumətinə yox, dövlətimiz və xalqımıza ciddi ziyanı və s. başqa bir açıq və əsaslı yazının mövzusudur.
Məni də bu beynəlxalq oyunlarda Azərbaycan vətənimin dövlətçiliyinin və xalqımın əziyyətə düşə biləcəyini görə, analiz edə bilən şəxs kimi bunlar narahat edir və son kəskin və çoxlarını incidən-küsdürən yazılarım bununla bağlıdır. Hökumətin səhv, haqsız siyasətini tənqid edək, xalq və cəmiyyət olaraq haqlı tələbimizi edək, hətta xaqın və dövlətin mənafeyi üçün konkret addım atıb rüşvət, korrupsiya, məmur haqsızlıq və özbaşınalığının qarşısını iradə ortata qoyub almayacaqsa ustefasını tələb edək amma ayıq olub, hissə qapılmayıb, öz iyunumuzu oynayaq başqasının yox və bununla da xarici qüvvələrə ölkəmizdə qanlı-qadalı, ölüm-itkili qarşıdurma yaradıb da vətənimizə təzyiq üçün bilərək, ya bilməyərəkdən oyuncaq bir alətə çevrilməyək.
Onu anlayaq ki, hökumətə qarşı sanksiyalar adı ilə təsir və təzyiqlər ümumi Azərbaycana qarşı tətbiq edilir və bundan ilk növbədə hökumət və məmurlar deyil, bütün Azərbaycan, xalqımız və dövlətimiz zərbə alır. Xalq isə o demək deyil ki, siyasəti yerli-dibli siyasətçilərə tapşırmalıdır. Xalqın da, ailənin də, bir şirkət, fabrik, müəllim kollektivinin də öz siyasəti var. Xalqın özünün də siyasi savad bilgisi olmalıdır, gözü açıq olub özü, ölkəsi ətrafında gedən, ilk növbədə onun, övladlarının taleyi, gələcəyinə toxunan qlobal hadisələrə biganə qalmayıb, müdaxilə etməlidir.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri