Newscenter.az.31.10.2019. "Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması" proqramı üzrə təlimlərə start verilib.
Newscenter.az xəbər verir ki, təlimlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəb direktorları, direktor müavinləri, uşaq birliyi rəhbərləri və psixoloqları üçün keçirilir.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilən təlimlərin əsas məqsədi təhsil işçilərini bulinq davranışları ilə tanış etmək və onun qarşısını almaqda müəllimlərə dəstək olmaqdan ibarətdir.
Təlimlər zamanı ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumatlar verilir. Məktəblərdə sağlam mühitin yaradılması ilə bağlı müvafiq müzakirələr aparılır, qruplar üzrə işlər təşkil edilir, videoçarx nümayiş olunur.
Təlimlərin 5 gün davam etməsi nəzərdə tutulub.
Təlimlərin sonunda yekun qiymətləndirmə keçiriləcək və müdavimlərə dövlət nümunəli sertifikat veriləcək.
R.Mehdiyeva