Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“İrəli” İctimai Birliyi “Üçrəngli Bayrağın Kölgəsində Mən” adlı aksiya keçirir



Newscenter.az.1.11.2019. “İrəli” ictimai Birliyi Dövlət Bayraq Gününə həsr olunan “Üçrəngli Bayrağın Kölgəsində Mən” adlı aksiyaya start verib.

Newscenter.az-ın xəbərinə görə, Birliyin sədri MirHəsən Seyidov aksiya haqqında fikirlərini səsləndirərkən bunları qeyd edib: “Ölkə başçısı hər zaman çıxışlarında xüsusi olaraq vurğulayır və çağırış edir ki, Azərbaycan gənci vətənpərvər ruhda yetişməlidir”. Sədr onu da qeyd edib ki, Azərbaycanın üçrəngli dövlət bayrağı milli atributdur və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği böyük əhəmiyyət kəsb edir:

“Bu gün Azərbaycan gənci müsair texnologiyalardan və vasitələrdən düzgün qaydada istifadə etməli, informasiya müharibəsində rəqəmsal platforma və rəqəmsal texnologiyanın imkanlarından yararlanmalıdır. Biz də “İrəli” komandası olaraq “Üçrəngli Bayrağın Kölgəsində Mən” askiyasına start verdik və aksiyanın əsas məqsədi yerli və xarici platformada yer alan gəncləri şanlı Azərbaycan bayrağının altında toplaşmağa səsləməkdir".

Qeyd edək ki, 6 gündür ki, başlayan aksiyaya Azərbaycan Respublikasının müxtəlif regionlarının Gənclər və İdman İdarələri, gənclər təşkilatları, gənclər evi və mərkəzləri, peşə təhsili müəssisələri, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, Olimpiya İdman Kompleksləri, “İrəli” İctimai Birliyinin gəncləri və aktiv üzvləri, müxtəlif idman federasiyaları, Mətbuat orqanları, Ali təhsil müəssisələri, özəl və dövlət qurumları, nazirliklər qoşulub.

Anar
Xəbəri paylaş