Newscenter.az.1.11.2019. Ekologiya və Təbii Sərvətlər Nazirliyi güclü küləklə bağlı xəbərdarlıq yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir.
Fasilələrlə yağış yağacaq.