Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Altıncı Bayraq Festivalı” keçiriləcək



Newscenter.az.2.11.2019. Gənclər və İdman Nazirliyi tərəfindən noyabrın 4-də “9 noyabr - Dövlət Bayrağı günü”nə həsr olunmuş “Altıncı Bayraq Festivalı” keçiriləcək.

Newscenter.az-a nazirliyin mətbuat katibliyindən bildirilib ki, festivalda dövlət qurumlarının, millət vəkillərinin, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Dövlət Sərhəd Xidmətinin zabit və əsgər heyətinin, qeyri-hökümət təşkilatları nümayəndələrinin, tələbələrin, gənclər təşkilatlarının üzvlərinin və fəal gənclərin iştirakı nəzərdə tutulub.

Festival Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Bayrağı gününün təsis edilməsi haqqında” 17 noyabr 2009-cu il tarixli Sərəncamını və 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müfafiq bəndinin icrasını təmin etmək məqsədi ilə keçirilir. Festivalın keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə, milli dövlət rəmzlərinə hörmət hissinin aşılanmasıdır.

Ehtiram
Xəbəri paylaş