Newscenter.az.2.11.2019. "Bütün şüurlu həyatım boyu həmişə çalışmışam ki, harada yaşamağından, işləməyindən asılı olmayaraq, xalqımızın nümayəndələri cılız, xırda hisslərlə yaşamasınlar. Hər bir vətəndaşımız öz gündəlik həyatında, şəxsi nümunə göstərərək dedi-qodudan, şaiə, böhtandan uzaq olsunlar, cəmiyyətin mənəvi saflaşmasına töhfələrini versinlər. Əks halda, sosial şəbəkələrin, müxtəlif kütləvi informasiyalarının yaratdığı məlumat dalğasında nəyin doğru, nəyin əyri olduğunu ilk baxışdan müəyyənləşdirmək adi insanlar üçün çətin olur".
Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Nəsib Məhəməliyev səsləndirib. O, qeyd edib ki, bu günlərdə Bakı Slavyan Universitetində Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilən tədbirdə, guya ki, Milli Məclisin üzvləri Səməd Seyidov, Sahibə Qafarova və Sevinc Fətəliyeva da iştirak edibtlər:
"Tədbirin keçirilməsi, məqsədləri və yaxud təşəbbüskarının kim olması ilə əlaqədar, hər hansı məlumatım olmadığı üçün konkret fikir söyləmək mənim üçün çətindir. Amma fakt ondan ibarətdir ki, həmin tədbir ictimaiyyət arasında müəyyən rezonans yaratdı və həmkarlarımızdan heç biri orada iştirak etməyib. Düşünürəm ki, insanların səmimi hissləri ilə oynayaraq, uzun illər sədaqətlə Azərbaycan dövlətçiliyinə xidmət edən, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ziyalı insanları kütləvi tənqid atəşinə tutmaq və bəzi hallarda təhqir etmək yol verilməzdir. Mən onları deputat seçilmməmişdən çox əvvəldən tanımışam və hər birinin süni vətənpərvərlikdən uzaq, yüksək əxlaqi, mədəni keyfiyyətlərin daşıyıcısı olduqlarını deyə bilərəm. Cənablar, yaddan çıxartmaq lazım deyil ki, həyatda nə edirsənsə, bumeranq effekti verir. Gəlin cılız hisslərdən uzaq, ədalətli olaq".
Xosrov