Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda daha bir ünvanda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası açılıb



Newscenter.az.3.11.2019. Bakıda Kənd Təsərrüfatı Nazirliyinin, Nərimanov rayon İcra Hakimiyyətinin və Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə Gənclik metrostansiyasının yaxınlığında kənd təsərrüfatı məhsullarının satış yarmarkası açılıb.

Açılışda kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov, həmçinin ASC məsul işçiləri iştirak edərək məhsulların keyfiyyəti və qiyməti ilə tanış olublar.

Yarmarkada əhaliyə təklif olunan məhsullar ASC-nin regionlardakı məntəqələri tərəfindən yerli istehsalçılardan tədarük olunub, eyni zamanda, öz məhsulunu paytaxta gətirərək satmaq istəyən fermerlərə təşkilati dəstək verilib.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalsitlərə müsahibəsinə bildirib ki, nazirlik tərəfindən fermerlərin bazara bir başa məhsulu çıxartmaq üçün Bakı şəhər ərazisində 3 yarmarka təşkil edilib. Yasamal (Space TV-nin yanı), Binəqədi (İnqilab kinoteatrının yanı) və Nərimanov rayonlarında satış yarmarkarları təşkil edilib: "Bu yarmarkalarda həm fermerlər həm də alıcılar çox razılıq edirlər. Qiymtələr çox münsaibdir. Alan insanlar çox razılıq edirlər. Bu ilin sonuna kimi Bakının digər 2 rayonun da kənd təsərrüfatı məhsullarının satış yarmarkasının açılması gözlənilir. Bura gələn bütün fermerlər üçün bütün avadanlıqlar təmin edilir. Fermerlər həftə ərzində yığıdığı məhsulları rahat şəkildə yarmarkalara gətirib satışa çıxara bilir. Bu da öz növbəsində süni qiymət artımının qarşısı alır. Hazırda paytaxtın digər ərazilərində də satış yarmarkalarının təşkil olunması üçün işlər aparılır".

“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova isə jurnalistlərə müsahibəsində qeyd edib ki, bu yarmarkalarda iştirak ödənişsizdir. Hər bir fermer heç bir ödəniş etmədən öz məhsulunu rahat şəkildə satışa çıxara bilir. Fermerlər geyim ləvazimatları, istilik və digər mövcud imkanlarla təmin edilirlər. Hər bir yarmarkada təkrar yoxlamaq üçün əlavə tərəzilər qoyulur ki, əgər müştəri aldığı məshulun çəkisini yoxlamaq istəyərsə bu tərəzilərdən istifadə edə bilər. ASC-nin əsas məqsədi mövsümlə bağlı bazarlarda baş verən süni qiymət artımına qarşı pereventiv tədbirlər görmək, alıcılara daha bol və çeşid baxımından çoxsaylı məhsullar təklif etməklə kənd təsərrüfatı məhsulları ilə təminatın yüksəldilməsidir.
Xəbəri paylaş