Newscenter.az.4.11.2019. Təhsil Nazirliyi 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Bayraq Qürurumdur və 9Noyabr həştəq paylaşımlarına start verir.
Newscenter.az-a nazirlikdən verilən məlumata görə, ümumi təhsil müəssisələri şagirdlərinin qeyd edilən həştəqlərlə vətənpərvərlik, vətənə sevgi mövzusunda əl işlərini və yaradıcılıq nümunələrini sosial şəbəkələrdə paylaşması nəzərdə tutulur.
Məqsədi vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərin, dövlət rəmzləri və atributlarımızın təbliğinə töhfə vermək olan həştəq paylaşımları noyabrın 9-dək davam edəcək.
R.Mehdiyeva