Newscenter.az.4.11.2019. 99 saylı Şəmkir kənd Seçki Dairəsindən parlamentə seçilən millət vəkili Sona Əliyeva müntəzəm olaraq seçiciləri ilə müxtəlif səviyyəli görüşlər keçirir, onların problemlərini, arzu və istəklkərini dinləyir.
Newscenter.az xəbər verir ki, millət vəkili Sona Əliyevanın növbəti görüşü Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şəmkir filialının sədri Müsahib Zeynalov, eləcə də bir qrup veteranlar və Qarabağ qaziləri ilə olub.
Səmimi şəkildə keçirilən görüşdə Qarabağ qaziləri, veteranlara göstərilən dövlət qayğısından danışılıb və onları narahat edən problem və qayğılar müzakirə edilib.
İşgüzar və səmimi ortamda keçirilən görüşdə Qarabağ qaziləri və veteranların müəyyən təklif və istəklərinin müəyyən dövlət qurumlarına çatdırılması xahiş edilib.
Xosrov