Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nümayəndələr Palatası Vaşinqtonun daxili və xarici siyasətinə zərbə vurur



Newscenter.az.4.11.2019. “Amerika prezidenti Donald Trampa qarşı Konqrensin Nümayəndələr Palatası rəsmən impiçment proseduruna başlayıb. Fövqəldövlət olan ABŞ-da daxili siyasi proseslər dünyanın siyasi-iqtisadi nizamına təsirsiz ötüşmür”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, məhz Trampa qarşı demokratların bu proseduru başlaması Ukraynada , Yaxın Şərqdə və Avropada siyasi-hərbi proeselərə təsir edə bilər:

“Artıq Ukraynaya 250 milyon dollarləq hərbi yardım dayandırılıb. Yaxın Şərqdə ABŞ ordusunun təsiri zəifləyib və s. Buna baxmayaraq Tramp ölkə daxilində iqtisadi artıma nail olub. Ölkəsi üçün sərfəli digər ölkələrlə iqtisadi-ticari müqavilələr bağlayıb. Bu da ölkənin sosial-iqtisadi inkişafına təkan verib, işsizlik səviyyəsi aşağı düşüb, nəticədə Trampın reytinqi yüksəlib”.

Politoloq deyib ki. ilk seçki ilindən fərqli olaraq bu gün Tramp ABŞ vətəndaşlarının maraqlarına uyğun siyasət aparır:

“Demokratların Trampın Zelinski ilə telefon danışıqlarında Demokrtaların Bayden haqqında söhbətinə görə başlatdığı bu prosedur Trampın mövqelərini zəiflətməyəcək. Demokratların bu qərarı ABŞ-ın imicinə və digər ölkələrlə əlaqələrinə zərbə vurur. ABŞ prezidentinə qarşı hüquqi işləmi başladan, Türkiyəyə qarşı "soyqırımı " qətnaməsini qəbul edən, həmçinin Azərbaycanın işğal olunmuş ərazisində separtçıların nümayəndəsini qəbul edən Konqrensdə demokratların nəzarət etdiyi Nümayəndələr Palatası Vaşinqtonun daxili və xarici siyasətinə zərbə vurur. Hətta Ukraynanın Rusiya qarşısında mövqeyini zəiflədir. Demokratların bu hüquqi hərəkətliliyinə baxmayaraq Trampın qalib gəlməsi qaçılmazdı. Demokratlar Trampı ölkə daxilində problemlərə cəlb etməklə bir növ onun reytinqini aşağı salmağı hədəfləyirlər. Bu hücumlar qarşısında Tramp arqumentlərlə onların üzərinə gəlir və reytinqini daha da yüksəldir. Bu gün Rusiya və Çin kimi rəqibləri olan ABŞ -da prezidentin zəifləməsinə imkan verilməyəcək”.

Xosrov
Xəbəri paylaş