Newscenter.az.4.11.2019. Yanvarın 1-dən 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan ediləcək.
Bu barədə məlumat Newscenter.az-a Qida Təhlükəsizliyi Agentliyindən daxil olub. Bildirilib ki, AQTA tərəfindən hazırlanan “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, enerji içkilərinin etiketlərində
• “enerji içkisi”
• “tərkibində GMO yoxdur”
• “alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir"
• “18 yaşdan aşağı şəxslərə satışı qadağandır"
• "gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” sözləri qeyd edilməlidir.
Orxan