Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məşhur çapar Gülay Fərzəliyeva:: "Fizuli əmi, Sizə söz verirəm ki, bu atı Qələbə günü Cıdır düzündə çapacam"



Newscenter.az.5.11.2019. Məşhur çapar Gülay Bakıda Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovla görüşüb.

Gülayı dünyanın bir çox ölkələrində tanıyırlar. azyaşlı azərbaycanlı at çapmaq məharətilə yüz minlərlə insanı heyrətləndirir. Azərbaycan, Türkiyə bayraqları ilə at üstündə möhtəşəm tryuklar göstərməklə azyaşlı övladımız dünyanın diqqətini Azərbaycana cəlb edir. Onun yüz minlərlə izləyicisi var.

Newscenter.az xəbər verir ki, bir neçə ay öncə Gülay Rusiya Azərbaycanlıları İttifaqının Prezidenti Fizuli Məmmədova müraciət edib. Azyaşlının istəyi ata sahib olmaq idi. Fizuli Məmmədov dövlət atributlarımızı dünyaya öz cəsarəti və məharəti hesabına təbliğ edən qızcığazın arzusunu həyata keçirib. Gülay artıq Fizuli Məmmədovun ona hədiyyə etdiyi Qarabağ cinsli atla dünyaya öz məharətini nümayiş etdirir.

Noyabrın 4 də Fizuli Məmmədov Vətənə gəldiyi ilk gün istedadlı azyaşlı soydaşımız Gülay və onun valideyni ilə görüşüb. Gülayın sevinci hədsiz idi. Məşhur və xeyirxah Azərbaycanlı ilə görüş millət və dövlətimizi təbliğ edən Gülayın xatirində uzun illər yaşayacaq.
Xəbəri paylaş