Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Radikalların imkanı olsa hətta qatığa da "qaradır" deyərlər



Newscenter.az.5.11.2019. "Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Ratqers Universitetinin professoru Qubad İbadoğlunun bugünlərdə dövlət başçısı İlham Əliyev tərəfindən Samir Nuriyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilməsini müsbət addım kimi təqdir etməsini sivil müxalifətçiliyin təzahürü kimi qiymətləndirmək olar”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, bildirib ki, normalda ölkənin müxalifət liderlərinin hər biri Prezidentin başlatdığı struktur islahatları və kadr dəyişikliklərinə məhz bu cür siyasi əxlaq kriterlərindən çıxış edərək qiymət verməlidir:

“Cəmiyyət də bunu onların tərəfindən yüksək siyasi mədəniyyətin nümayiş etdirilməsi kimi qəbul edərdi. Ancaq təəssüflər olsun ki, mövcud müxalifət liderləri arasında son islahat proseslərinə bu cür sağlam siyasi baxış açısından və dövlətçiliyi qoruyub saxlamaq prizmasından yanaşanların sayı elə də çox deyil. Əli Kərimlilərin, Gültəkin Hacıbəylilərin, Cəmil Həsənlilərin, İsgəndər Həmidovların, Qənimət Zahidovların və bir sıra digər şəxslərin təmsil etdiyi radikal müxalifət camiəsi isə əfsuslar olsun ki, son kadr dəyişikliklərini bütün vasitələrlə qaralamağa, yeniləşdirmə və şəffaflaşdırma kursuna müxtəlif cür don geyindirməyə, islahat proseslərini imitasiya kimi qələmə verməyə cəhd göstərirlər. Bu radikalların imkanı olsa hətta qatığa da "qaradır" deyərlər. Çünki təfəkkürləri qaragüruhçuluğa söykənir. Onlar ölkədə gedən proseslərdə işıqlı heç nə görə bilmirlər. Daha doğrusu, görmək istəmirlər. Bu mənada radikal müxalifətçilərlə radikal terror qruplaşmalarının nümayəndələri arasında mən heç bir fərq görmürəm. Çünki onlar da, bunlar da ağıl pəncərələrini bağlayıb kor qisasçılıq, zorakılıq, dağıdıcılıq instikntlərinə tabe olurlar”.

Xosrov
Xəbəri paylaş