Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu toplantı müxalif düşərgədə mənəvi dəyərlərin heçə sayılmasının əyani nümayişi idi



Newscenter.az.6.11.2019. Müsavat Partiyasının ev sahibliyi etdiyi müxalifətin Dəyirmi Masa toplantısına qatılan siyasətçilər və ekspertlər demək olar ki, hamısı köhnə simalar idi: Arif Hacılı, İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, Azərbaycanın Moskvadakı keçmiş səfiri Hikmət Hacızadə, “Turan” agentliyinin direktoru Mehman Əliyev və s. Müxalifətin yeni siması sayılan keçmiş səhiyyə naziri Əli İnsanov da əslində köhnə simadır.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, sözün hər mənasında köhnə simadır:

"Zaman-zaman bir-birinin qanını içməyə hazır olan bu şəxslər dünən bir masa arxasında bir araya gəlib birlik və bərabərlik görüntüsü sərgilədilər. Sağçısı-solçusu bəlli olmayan, ideoloji yönü bilinməyən və sadəcə praqmatik maraqlarına görə bir yerə yığışan müxalifət liderlərinin bu toplantısını cəmiyyət həm sükutla, həm də passiv etirazla qarşıladı. Əli İnsanovu müxalifət liderlərindən biri kimi legitimləşdirmək və cəmiyyətə sırımaq cəhdi sıravi vətəndaşlarımızda neqativ reaksiya doğurdu. Çünki bu toplantı müxalif düşərgədə mənəvi dəyərlərin heçə sayılmasının əyani nümayişi idi. Odur ki, bu toplantı cəmiyyətin ənənəvi müxalifətə qarşı olub-qalan son inamını da büsbütün sarsıtdı".

Xosrov
Xəbəri paylaş