Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan İŞİD terrorçularından Azərbaycana qarşı istifadə edəcək



Newscenter.az.7.11.2019. “İŞİD terror təşkilatının Suriyada məğlub edilməsindən sonra onun sonrakı fəaliyyətinin Əfqanistan və Mərkəzi Asiya istiqamətində olacağı mümkün görünürdü”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Suriyada terror təşkilatının üzvülərinin çoxu Əfqanistanda yeni terror hücumlarına başlayır. Onun sözlərinə görə, onların başlıca məqsədi buradan Mərkəzi Asiyanı hədəf almaqla Çinin "Bir qurşaq, Bir yol" qlobal siyasi-iqtisadi layihəsinin qarşısını almaqdır:

“Əfqanistanda yeni düşərgələr yaradan İŞİD artıq öz hücumlarını Mərkəzi Asiyaya keçirir. Tacikistan və Özbəkistanla sərhəd zastavasına hücumlar təşkil edərək, onları ciddi itkilərə məruz qoyub. Göründüyü kimi İŞİD beynəlxalq terror təşkilatı olaraq öz "missiyasını" Əfqanistan üzərindən region dövlətlərinə qarşı həyata keçirəcək”.

Politoloq deyib ki, Mərkəzi Asiya ölkələri və Çin yeni terror hücumlarının hədəfində olacaq:

“Müəyyən müddət Çinə qarşı terror hücumları həyata keçirilməsə də, istifadə etdiyi beynəlxalq dəhlizlərdə terror hücumları Çinə qarşı yönəlib. Qeyd edim ki, ölkəmiz Yaxın Şərq və Mərkəzi Asiya ilə Qərb arasında körpüdür. Şimali Qafqazda İŞİD təhlükəsi qalmaqdadır. Həmçinin ölkəmizdə də bu terror təşkilatı sıralarında iştirak edənlər olub və qalmaqdadır. Bundan əlavə, bu terror təşkilatına rəğbət bəsləyənlər də var. Bir sözlə İŞİD yeni taktiki həmlələrə başlayır. Terror təşkilatı öz tərəfdarlarını artırmaqla maraqlı ölkələrin sifarişini həyata keçirməyə hazırlaşır”.

Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan qərb ölkələri ilə iqtisadi əlaqələrə malikdir və ölkəmizdə terrorizmə qarşı mübarizədə uğurlar əldə edilib:

“Amma, regionda yeni təhlükələr artır. Azərbaycanın yeni geosiyasi toqquşmalarda istifadə ediləcək İŞİD terror təşkilatının hədəflərindən yayınması mümkündür. Amma, Ermənistanın İŞİD teror təşkilatından istifadə etməsi də mümkündür. Bu terror təşkilatı vasitəsi ilə Azərbaycanı hədəf alması təbii ki, uğursuz bir gediş ola bilər”.

Xosrov
Xəbəri paylaş