Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fizuli Məmmədov: "İnanıram ki, tezliklə respublikamızın ərazi bütövlüyü bərpa ediləcək və üçrəngli Azərbaycan bayrağı bu gün Ermənistanın işğalı altında olan Azərbaycanın şəhər və kəndləri üzərində dalğalanacaq"



Newscenter.az.8.11.2019. Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmədov Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Newscenter.az-ın xəbərinə görə, təbrikdə qeyd edilir ki, hər il 9 Noyabrda qeyd olunan müstəqil Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı xalqımızı bir olmağa çağıran əsas rəmzdir. Fizuli Məmmədov bildirib ki, bu gün dünyadakı bütün azərbaycanlılar yaşadıqları ölkədən asılı olmayaraq, xalqımız üçün əlamətdar olan bu qürur və birlik əlaməti ətrafında toplaşırlar:

“Bu üç rəngli milli bayraq, bir maqnit kimi, dünyadakı soydaşlarımızı bir-birlərinə cəlb edir. Buna görə 9 Noyabr dünyadakı Azərbaycan diasporu üçün ikiqat bayramdır. Müstəqil Azərbaycanın nüfuzu və çox milyonlu Azərbaycan diasporunun təsiri sayəsində sevimli üçrəngli milli bayrağımız dünyanın bir çox beynəlxalq və regional tədbirlərində dalğalanır. İnanıram ki, tezliklə respublikamızın ərazi bütövlüyü bərpa ediləcək və üçrəngli Azərbaycan bayrağı Xankəndi, Şuşi, Laçın, Kəlbəcər, Zəngilan və bu gün Ermənistanın işğalı altında olan Azərbaycanın digər şəhər və kəndləri üzərində dalğalanacaqdır. Qoy Azərbaycanın bütün düşmənləri xalqımızın üçrəngli dövlət bayrağı qarşısında baş əsinlər!"

Təbrik mesajında tarixə qısa ekskursiya edən RAİ prezidenti qeyd edib ki, müstəqil Azərbaycanın hazırkı üçrəngli Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin (ADR) bayrağı olaraq təsdiq edildi:

“ADR-in cəmi 23 ay davam etməsinə baxmayaraq – (1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək) xalqımıza zəngin tarixi irs və milli dövlətçilik qoydu, bunun sayəsində bu gün müstəqil Azərbaycan Cümhuriyyətimiz var. Müasir Azərbaycanın dövlət bayrağının hər rənginin öz mənası var. Mavi rəng türkçülük deməkdir, çünki ölkəmizin yerli və əsas əhalisi - azərbaycanlılar türkdilli xalqlara mənsubdurlar. Qırmızı rəng cəmiyyətin modernləşməsi və ölkəmizdə demokratiyanın inkişafı deməkdir. Yaşıl rəng isə Azərbaycan xalqının İslam inancına mənsub olduğunu göstərir. Beləliklə, üçrəngli milli bayrağımız türk azadlığı, İslam mədəniyyəti və mütərəqqi müasirlik deməkdir. Ən böyük milli ruh və qürur bayramı - Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə öz adımdan və Rusiya Azərbaycanlıları İttifaqı və "Dünya Azərbaycanlıları Mədəniyyət Fondu" ("WACF") adından bütün həmvətənlərimi ürəkdən təbrik edirəm. Onlara cansağlığı, firavanlıq, dinc və xoşbəxt həyat, bol mehribanlıq və sevgi, işlərində və yaradıcılığında yeni zirvələrə yüksəlmələrini diləyirəm! Uğurlar həmişə xalqımızı müşayiət etsin!"


Xosrov
Xəbəri paylaş