Newscenter.az.14.11.2019. Son iki gündə Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib.
“Report”un Avropa bürosunun məlumatına görə, onlar Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Geseke şəhərində yaşayan Əfran və Ülviyyə Mütəllimovalar, Axen şəhərindən Toğrul Məmmədov, Hamm şəhərindən Azər Əliyev həyat yoldaşı və iki uşağı ilə, Bavariya əyalətindən isə İmran Davudov, Ülviyyə Davudova və onların övladları - 11 yaşlı Fatimə və 9 yaşlı Binnət Davudovalardır.
Azərbaycan vətəndaşları Bayroyt və Düsseldorf hava limanlarından transfer uçuş vasitəsilə Azərbaycana deportasiya ediliblər.
Onlar sığınacaq istəklərinin geri çevrilməsi ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəninin (BAMF) qərarından məhkəməyə dəfələrlə şikayət etsələr də, deportasiyadan xilas ola bilməyiblər.