Newscenter.az.14.11.2019. Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsi ərazsində baş verib.
eni Gəncə qəsəbəsi ərazisində yüksək sürətlə hərəkətdə olan "Mazda" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı beton maneəyə çırpılıb.
Hadisə zamanı Şəmkir rayon sakini, 1991-ci il təvəllüdlü Sənan Səyyad oğlu Qurbanov ölüb, daha üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan biri sərnişin 1993-cü il təvəllüdlü Fərid Rasim oğlu Əliyevdir. Digər iki nəfərin adı isə hələlik məlum deyil.