Newscenter.az.20.11.2019. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın Baş Naziri Dmitriy Medvedyev ilə görüşəcək.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, görüş noyabrın 21-də Moskva şəhərində keçiriləcək.
Görüş zamanı iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni, humanitar və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.