Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibkarlar öz təcrübələrini bölüşüb



Newscenter.az.20.11.2019. “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində Azərbaycan Sahibkarlıq Konfederasiyası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfdaşlığı və Azərbaycan İnvestisiya Şirkətinin təşkilatı dəstəyi ilə 4 sahibkarın panel müzakirələrində çıxış etdiyi “Mən bunu bilsəydim” adlı tədbir yekunlaşıb.

Newscenter.az xəbər verir ki, 100-ə yaxın gənc, sahibkar və qurum nümayəndələrinin qatıldığı panel müzakirələrində uzun müddətdir sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Energie Mondiale” şirkətinin təsisçisi və direktoru Elvin Mahmudov, “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İstehlakçıları Assosiasiyası”nın sədr müavini, xanım sahibkar Jalə Əmirbəyova, Aqrarkredit QSC Bank, İdarə Heyəti Sədrinin baş məsləhətçisi Turhan Poyraz və Antaris şirkətinin CEO-u Balağa Cəfərov fərqli mövzularda öz bilik və təcrübələrini bölüşüb.

Moderatorluğunu Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin direktoru Əhəd Kazımovun etdiyi panel çıxışlarından sonra iştirakçıların spikerlərə biznes və təşəbbüskarlıqla bağlı ünvanlanan sualları diqqəti cəlb edib. Həmçinin tədbir həm iş adamları həm də gənclər üçün böyük şəbəkələşmə imkanları yaradıb.

Qeyd edək ki, “Qlobal Sahibkarlıq Həftəsi” 2008-ci ildə təsis edilib və artıq dünyanın 160 ölkəsini əhatə edir və ideyaları reallaşdıran, iqtisadiyyatı irəli aparan və biznes fəaliyyətləri vasitəsilə insan əmin-amanlığını genişləndirən innovasiya sahiblərini və iş yerləri yaradanların fəaliyyəyini qeyd edən vacib hadisədir. "Mən bunu bilsəydim" adlı tədbirAzərbaycan Sahibkarlıq Konfederasiyası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyivə "Youth Inc." Sahibkarlıq Proqramınıntərəfdaşlığı ilə “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində keçiriləcəkdir.

Zaur
Xəbəri paylaş