Newscenter.az.21.11.2019. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında “Sağlamlıq günü” təşkil olunub.
Newscenter.az-a Səhmdar Cəmiyyətin mətbuat katibliyindən bildirilib ki, hər il olduğu kimi “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən müəyyən olunmuş Tədbirlər Planına əsasən, dəmiryolçuların tibbi müayinəsi aparılıb.
Hər bir dəmiryolçu müxtəlif sahələr üzrə peşəkar həkimlər tərəfindən müayinədən keçirilib. Onlara sağlamlıq durumları barədə müvafiq məsləhətlər verilib. Ehtiyac olanlar xəstəxanaya dəvət ediliblər. Gün ərzində 10 həkim tərəfindən 80-dən çox işçi 320-yə yaxın müayinəyə cəlb olunub. 54 nəfərin qanı isə analiz üçün laborator müayinəyə göndərilib.
Anar