Newscenter.az.21.11.2019. Voleybol üzrə milli yığma komandalar arasında keçirilən “Avro Liqa” yarışları son bir neçə ildə öz formatında dəyişikliklər edib.
Newscenter.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, Avropa üzrə reytinqi yüksək olan komandalar “Qızıl”, digər komandalar isə “Gümüş” Avro Liqa yarışında iştirak edirlər.
Qeyd edək ki, 2020-ci ilin may-iyun aylarında voleybol üzrə qadınlardan ibarət milli komandamız “Qızıl Avro Liqa”da, kişilərdən ibarət milli komandamız isə “Gümüş Avro Liqa”da iştirak edəcəklər.
Ehtiram