Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Qida Əlavələrinin Təhlükəsizliyi” mövzusunda beynalxalq seminar keçiriləcək



Newscenter.az.21.11.2019. Noyabrın 25-dəAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Amerika Birləşmiş Ştatlarının Beynalxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən “Qida Əlavələrinin Təhlükəsizliyi” mövzusunda beynalxalq seminar təşkil ediləcək.

Newscenter.az-a AQTA-dan bildirilib ki, tədbirdə qida istehsalında qida əlavələrinin rolu, əlavələrdə risk qiymətləndirilməsi, bu sahədə mövcud hüquqi normativ aktlar və digər məsələlər üzrə yerli və xarici ekspertlərin, dövlət qurumlarının, özəl şirkətlərin, qeyri-hökumət təşkilatlarının, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə təqdimatlar keçiriləcək və müzakirələr aparılacaq.

Orxan
Xəbəri paylaş