Newscenter.az.22.11.2019. Bu gün saat 08:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin Xırdalan stansiyasının kontakt rabitə şəbəkəsində nasazlıq yaranıb.
Səhmdar Cəmiyyətdən Newscenter.az-a bildirilib ki, yağışlı hava şəraitinin yaratdığı atmosfer gərginliyi nəticəsində kontakt şəbəkəsində izolyator zədələnib. Bununla da, Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə dayanmalı olub. Nasazlıq təcili aradan qaldırılıb və qatarlar hazırda qrafikə uyğun hərəkət edir.
“Azərbaycan Dəmir Yolları” yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.
Anar