Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kənd gənclərinə dəstək layihəsi həyata keçiriləcək



Newscenter.az.27.11.2019. Gənclər və İdman Nazirliyi dekabrın 1-dən başlayaraq “YERLİ” Kənd Gənclərinin İnkişafına Dəstək Layihəsini həyata keçirəcək.

Nazirliyin mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, layihənin əsas məqsədi kəndlərdə yaşayan gənclərə yeni biliklərin verilməsi, onların bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda, sosial və biznes layihələrinin dəstəklənməsi ilə yerli şəraitdə məşğullun təmin edilməsi və yerli gənclər icmalarının yaradılmasıdır.

Ümumilikdə layihə kənd gənclərinin fərdi və peşəkar inkişafına, eyni zamanda, onların təşəbbüslərinin dəstəklənməsinə yönəlmiş yeni və fərqli platformadır. Layihənin həyata keçirilməsi ilə bağlı əlaqələndirməni təmin etmək məqsədi ilə, Gənclər və İdman Nazirliyində dövlət orqanlarının, gənclər təşkilatlarının nümayəndləri və ictimai fəal gənclərdən ibarət işçi qrup formalaşdırılacaq. İşçi qrup təşkilati məsələlərin və cari işlərin həlli ilə məşğul olacaq.

Aydan
Xəbəri paylaş