Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentdən möhtəşəm çıxış-Vaqif Abdullayev yazır



Newscenter.az.27.11.2019. Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı olduqca mühüm əhəmiyyət daşıyan dərin məzmunlu konseptual xarakterli mesajlar verdi. Dövlət başçısı ilk növbədə müstəqil Azərbaycanın milli dövlətçiliyinin və suverenliyinin möhkəmləndirilməsində mühüm rol oynayan ictimai-siyasi sabitliyin dönməzliyinin təmin edildiyini vurğuladı. Bu gün dünyada davam edən qlobal mürəkkəb siyasi proseslərə və qarşıdurmalara və bu təhlükəli, dağıdıcı meyillərin yayılmasında maraqlı olan xarici qüvvələrin və onların əlaltıları olan milli xəyanətkarların cəhdlərinə baxmayaraq, Azərbaycan iqtidarının və xalqının birgə həmrəyliyi sayəsində ölkəmizin möhkəm sabitlik adasına çevrildiyini diqqətə çatdırdı.

...

Cənab Prezident bu gün əsl müstəqillik dövrünün olduğunu və özümüzün öz gələcəyimizi müəyyən etdiyimizi bəyan etdi: “Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə. Çünki xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir”.

...

Prezident İlham Əliyev dünyada qlobal meyillərin dərinləşdiyi və xarici təhditlərin artıdğı bir vaxtda Azərbaycan xalqının, xüsusilə də gəncliyin fədakar milli birliyini, gənclərin vətənpərvərliyini, Vətənə bağlılığını mühüm fraza kimi xatırlatdı. Və bununla yanaşı, gənc nəslin tərbiyəsində öyrədənin, tərbiyə verənin, cəmiyyətin siması olan ziyalıların, müəllimlərin də üzərinə böyük məsuliyyət düşdüyünü, ideoloji işə yenidən baxılmalı olduğunu bəyan etdi: “Biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər”.

...

Dövlət başçısı hər bir milli vətənpərvər insanın həyatınıı ləyaqətlə yaşamasını, ləyaqətli insanlar kimi, Vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaraq xainlərə, bütün yad qüvvələrə cavab vermək və öz inkişaf yolumuzu davam etdirmək kimi konseptual-ideoloji-strategi yanaşmanı da təlqin etdi.

...

Bu gün güclənən Azərbaycanın beynəlxalq müstəvidə etibarlı və yaxın strateji tərəfdaş kimi qəbul edildiyini vurğulayan Prezident İlham Əliyev təkcə son 2 ayda, oktyabr-noyabr aylarında “Valday” Diskussiya Klubunda və MDB Zirvə Görüşündə Azərbaycanın qətiyyətli mövqeyinin bütün iştirakçılar tərəfindən dəstəkləndiyini, Ermənistanın işğalçı rejiminə qarşı tərs sillə təsiri bağışlayan çıxışların xüsusi əhəmiyyətinə də toxundu.

...

Bu gün dünayda sülh və tolerantlıq adası olan Azərbaycanın islam birliyinin möhkəmlənməsinə verdiyi dərin töhfə də göz önündədir. Azərbaycan dövləti, dövlətinin başçısı hər zaman ən yüksək tribunalarda, beynəlxalq tədbirlərdə müsəlmanlara qarşı törədilən vəhşilikləri qətiyyətlə pisləyir, islam həmrəyliyinin təşəbbüskarı kimi yorulmaz siyasət yürdür. Ancaq bəzi islam ölkələrindən bunun qarşılığını görmür. Cənab İlham Əliyevi də narahat edən bax budur, Onun bu məsələ ilə bağlı bəyanatı tam gerçəkliyin ifadəsidir: “Mən müsəlman ölkələrinə dəfələrlə müraciət etmişəm. Açıq müraciət etmişəm ki, siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir etdilər? Gedin, baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri nə günə qoydular? Bu, axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar?”
...

Prezident İlham Əliyev çıxışında nə qədər qabiliyyətli və uzaqgörən möhtəşəm idarəedici rəhbər olduğunu, milli dəyərlərə nə qədər bağlı və sadiq olduğunu, milli-mənəvi keyfiyyətlərin özündə cəmləşdirən əsil şəxsiyyət və Lider olduğunu da göstərdi. Ölkədə aparılan kadr islahatları, təcrübəli, bilik və bacarıqlı gənclərin yüksək vəzifəyə təyin edildiyini, dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi ilə fərqlənən kadrlara üstünlük verildiyini, ancaq bununla yanaşı, savadlı və qabiliyyətli, dövlətə sadiq və vicdanlı, peşəkar yaşlı kadrların da vəzifədə qalacağının anonsunu verdi. Bu, böyüyə, yaşlıya, milli-mənəvi dəyərlərə olan dərin ehtiramın səmimi ifadəsidir. “Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə”.

...

Cənab Prezident Yeniləşən, İnkişaf edən Azərbaycanın müasirləşməsində müəllimlərin yeniliklər axtarışında olduğunu, yeni çağırışlara uyğun strateji qərarlar qəbul etməli olduğunu da mühüm konseptual ehtiyac kimi vurğuladı. Çünki cəmiyyət müəllimlərdən çox şey öyrənir, şərəfəli, məsuliyyətli və hörmətli peşə sahibi olan müəllimlər daim öz üzərlərində işləməlidirlər. Necə ki, Azərbaycan Prezidenti yorulmadan işləyir, yeniliklər axtarır, tətbiq edir. Axı Prezident də müəllim olub.

Vaqif Abdullayev-Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Prezidentdən möhtəşəm çıxış-Vaqif Abdullayev yazır
Xəbəri paylaş