Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mübariz Mənsimov: "Azərbaycanı parçalamaq istəyən istənilən insan, ilk olaraq, qarşısında məni görəcək"



Newscenter.az.28.11.2019. Mənim adıma açılan səhifələrdən birində tanımadığım, tanımaq belə istəmədiyim insan haqqında paylaşım olub. Guya mən Fəxrəddin Abbasov adlı bir şəxsi müdafiə etmək üçün insanları məhkəmənın qarşısına çağırmışam. Cənablar, mən hər zaman demişəm, yenə də deyirəm: “Azərbaycanı parçalamaq istəyən istənilən insan, ilk olaraq, qarşısında məni görəcək.

Newscenter.az xəbər verir ki, bu fikirləri məşhur iş adamı, "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov səsləndirib. Mübariz Mənsimov qeyd edib ki, onun üçün Azərbaycan dövlətinin və xalqının maraqları hər şeydən üstündür:

"Mən heç bir zaman vətənimi parçalayan şərəfsiz, satqın, murdar heyvan xislətli insanlara dəstək vermərəm, verməyəcəm də. Bunu qulağınızda sırğa edin və məni belə çirkin siyasi oyunlara çəkməyin. Azərbaycan bölünməzdir və vahid vücud halında olmalıdır. Separatçılığa yol vermək olmaz".

Şirkət prezidenti bildirib ki, Azərbaycanın milli maraqlarını qorumaq, müdafiə etmək hər birimizin vətəndaş borcudur:

"Azərbaycanı bölmək istəyənlər vətən xainləridir və cəzalarını çəkməlidirlər. Mənim adıma açılan səhifənin sahiblərinə xəbərdarlıq edirəm ki, mənim adımdan siyasi açıqlamalar edilməsin. Mən bunu qəti şəkildə pisləyirəm. Hüquq-mühafizə orqanlarına belə sehifələrlə bağlı şikayət ediləcək. Vurğulamaq istəyirəm ki, sosial şəbəkədə mənə aid cəmi 2 rəsmi səhifə var. Bir daha bəyan edirəm: Mübariz Mənsimova “separatçı” damğasını yapışdırmaq heç vaxt alınmayacaq. Mümkün deyil. Mənim vətənim – vahid AZƏRBAYCANdır! Mənim düşmənim Azərbaycanı parçalamağa çalışan ermənilər və onların tülkü əlaltılarıdır. İndiyə qədər bunlarla mübarizə aparmışam, bundan sonra da əlimdən gələni edəcəm ki, belələrini dizin-dizin süründürüm, yerlə-yeksan edim. Azərbaycan xalqına həmişə xidmət etmişəm və həmişə xalqımın əsgəri olmuşam. Belə olub, var və olacaq".

Xosrov
Xəbəri paylaş