Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Parlamentin buraxılması yeni siyasi dəyişikliklərə hesablanıb



Newscenter.az.28.11.2019. Milli Məclisə növbədənkənar seçkilərin olacağı gözlənilirdi. Parlamentin buraxılması yeni siyasi dəyişikliklərə hesablanıb.

Newscenter.az xəbər verir ki, bu fikirləri Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, hətta hakim partiyanın siyahısı da hazırdı:

"Qeyd edim ki, növbəti parlamentin tərkibində hakim partiyanın yeni xəttinin nümayəndələrinə üstünlük veriləcək. Parlament seçkiləri öncəsi iqtidarın müxalifətin üzərinə bu qədər getməsi əsasən siyasi proseslərdə öz lokomotivliyini saxlamaqdadır. Proporsional seçki sisteminin olmaması səbəbindən növbəti tərkibin də müxalifət üçün yenidən baryer olacağı qaçılmazdı".

Xosrov
Xəbəri paylaş