Newscenter.az.28.11.2019. Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi ƏLi Əhmədov mətbuat konfransı keçirəcək.
Bu haqda media nümayəndələrini məlumatlandıran YAP-ın mətbuat xidməti konfransın təcili olduğunu bildirib.
Qeyd edək ki, mətbuat konfransı saat 15.00-da Yeni Azərbaycan Partiyasının qərargahında təşkil olunacaq. YAP-ın mətbuat xidməti konfransın məqsədini açıqlamayıb.
Xatırladaq ki, bu gün saat 11:00-da YAP-ın Siyasi Şurasının təcili iclası da çağırılıb.
İstisna deyil ki, Əli Əhmədovun keçirəcəyi mətbuat konfransı Siyasi Şurasının iclasının yekunlarına həsr olunacaq...