Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı məktəblisi Türkiyədə yeni mükafata layiq görülüb



Newscenter.az.29.11.2019. Bakı şəhəri 283 nömrəli tam orta məktəbin XI sinif şagirdi Reyhan Camalova Türkiyədə yeni mükafata layiq görülüb. Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Reyhan Camalova İstanbulda keçirilən “TRT World Citizen Awards 2019”da yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunu kəşf etdiyi üçün “Gənclik” mükafatına layiq görülüb.

Mükafatlandırıma mərasimində çıxış edən R.Camalova təltif olunduğu üçün təşəkkür edərək öz uğurları barədə danışıb. Bu layihəni həyata keçirməkdə əsas məqsədin cəmiyyət üçün xeyirli bir addım atmaqdan ibarət olduğunu, “Gənclik” mükafatını isə gənclərin adından aldığını vurğulayıb.

Bununla yanaşı, o, dünyanın müxtəlif ölkələrindən təşəbbüsləri ilə diqqəti cəlb edən şəxlərlə də tanış olmaq imkanı qazanıb.
Qeyd edək ki, mükafatlandırılma mərasimində Türkiyənin birinci xanımı Əminə Ərdoğan da iştirak edib.

Onu da qeyd edək ki, Reyhan Camalova 4-5 aprel 2019-cu il tarixində Vyetnamın Hanoy şəhərində keçirilən Gənclər Sammitində (Youth Co:Lab Summit) spiker və juri qismində iştirak edib. Gənc ixtiraçı R.Camalova həmçinin 6 mart 2019-cu il tarixində Dubayda keçirilən "SME Beyond Borders 10X" biznes və sahibkarlıq konfransında da alternativ enerji mövzusunda çıxış edib, həmçinin “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil edib.

R.Mehdiyeva
Xəbəri paylaş