Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millimiz 4 ölkəninvoleybolçuları ilə übarizə aparıb

Millimiz 4 ölkəninvoleybolçuları ilə übarizə aparıb


Newscenter.az.29.11.2019. Noyabrın 23-28-də Gürcüstanın paytaxtı Tbilisidə 16 yaşadək qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçirilib.

Azərbaycan Voleybol Federasiyasından Newscenter.az-a bildirilib ki, yarışda Gürcüstan, Latviya, Rusiya, Ukrayna və Azərbaycan milliləri A qrupunda, Belarus, Estoniya, Latviya, Polşa komandaları B qrupunda komandaları mübarizə aparıblar.

AVRO-2020-yə seçmə statusu da daşıyan çempionat Rusiya voleybolçularının qələbəsi ilə yekunlaşıb. Qrup mərhələsində maksimum nəticə göstərən şimal qonşularımız həlledici finalda Polşadan güclü olublar 3:0 (25:16, 27:25, 25:6). Bu qələbə onlara AVRO-2020-də iştirak hüququ da verib. Üçüncü yer uğrunda matçda isə Ukrayna və Belarus üz-üzə gəlib. Daha güclü olan Belarus millisi 3:2 (24:26, 12:25, 25:18, 25:19, 15:8) hesabı ilə qələbə qazanaraq bürünc medala yiyələnib. Qeyd edək ki, çempionatda Azərbaycan millisi də mübarizə aparıb. A qrupunda oynayan komandamız Rusiya, Ukrayna, Latviya və Gürcüstanla qüvvəsini sınayıb.

Ehtiram
Xəbəri paylaş