Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Soğan anbarlarında monitorinqlər keçirilib



Newscenter.az.3.12.2019. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir.

Newscenter.az-a daxil olan məlumata görə, Agentliyin əməkdaşları Ağdam rayonu Mahrızlı və Çəmənli kəndlərində soğan anbarlarında monitorinqlər keçiriblər.

Məhsulun anbarlarda ziyanverici və xəstəliklərlə sirayətlənməsinin qarşısını almaq üçün fermerlərə müvafiq təlimat və tövsiyələr verilib.
Bildirilib ki, anbar və saxlanc yerlərində saxlanılan soğanda əsasən bakterial xəstəliklərdən sirayətlənmə baş verə bilir. Agentlik mütəxəssisləri bununla bağlı fermerlərə metodiki göstərişlər və tövsiyələr veriblər.

Orxan
Xəbəri paylaş