Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsi Füzulidən olan məcburi köçkünün müraciətinə reaksiya verdi



Newscenter.az.30.12.2019. Füzuli rayonundan məcburi köçkün haqqında sosial şəbəkə və KİV-də yayılan məlumatlarla əlaqədar olaraq Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, bu barədə informasiya verildikdən dərhal sonra Komitə rəhbərliyi və müvafiq şöbələri tərəfindən məsələ dərhal nəzarətə götürülüb.

Newscenter.az-a Dövlət Komitəsindən verilən məlumata görə aparılmış araşdırma nəticəsində məlum olub ki, haqqında məlumat yayılmış şəxs Füzuli rayonundan məcburi köçkün Həziyeva Gülsarə Abbas qızıdır. G. Həziyeva Sabunçu rayonu, Sabunçu qəsəbəsi Qanboy Vəzirov 2 ünvanında müvəqqəti məskunlaşıb. Həyat yoldaşı yoxdur, 5 uşağı ilə birgə yaşayır.

Hazırda Dövlət Komitəsinin Bakıda xüsusi yaşayış fondunda boş mənzil olmadığı üçün ona Füzuli rayonunda yeni inşa edilmiş qəsəbədə dörd otaqlı mənzil təklif olunub. Bundan başqa, G. Həziyevaya Bakıda yeni qəsəbə istifadə verilənədək – üç ay müddətində kirayədə yaşamaq təklif edilib. Lakin məcburi köçkün Gülsarə Həziyeva hər iki təklifdən imtina edib.

Aydan
Xəbəri paylaş