Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev Fondu vaxtaşırı köməyə ehtiyacı olan ölkə vətəndaşlarının müalicəsinə kömək edir

Heydər Əliyev Fondu vaxtaşırı köməyə ehtiyacı olan ölkə vətəndaşlarının müalicəsinə kömək edir


Newscenter.az.6.01.2020. "Komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində müəyyən müsbət dəyişikliklər əmələ gəlib. O hər iki gözünü açır, bəzən barmaqlarını tərpədir, hərarəti artmır, daha rahat nəfəs alır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə səsləndirib. O, qeyd edib ki, bu yeniliklər onun sağalma ehtimalını artırır:

"Allah şəfa versin. Qeyd edək ki, O.Gülalıyev yolu keçərkən düzgün dönüş etməyən avtomobil tərəfindən vurulub və həmin zamandan komadadır. Onun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb və noyabrın əvvəllərindən ailənin arzusu ilə o Türkiyəyə müalicəyə aparılıb və hal-hazırda İstanbulun Amerkan hospitalında müalicə alır".

Aydın Mirzəzadə onu da bildirib ki, Heydər Əliyev Fondu vaxtaşırı köməyə ehtiyacı olan ölkə vətəndaşlarının müalicəsinə kömək edir:

"Tək 2019-cu ildə mənim müraciətimlə Mingəçevirdən bir nəfərin ağır cərrahi əməliyyatını, bir nəfərin isə növbəti müalicəsini öz üzərinə götürüb".

Xosrov
Xəbəri paylaş