Newscenter.az.12.02.2020. Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz şəkildə yerləşdirilən iki erməni əsgəri ölüb.
“Report” “News.am”a istinadən xəbər verir ki, hər iki fakt fevralın 12-də qeydə alınıb.
Ölən əsgərlər 2000-ci il təvəllüdlülər - Tiqran Manevlyan və Tiqran Mxoyandır. Onlar ayrı-ayrı vaxtlarda naməlum şəraitdə aldıqları güllə yarasından ölüblər.
Faktlarla bağlı araşdırma aparılır.