Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan Avropa enerji təhlükəsizliyi sistemində mühüm iştirakçıya çevriləcək

Özbəkistan Avropa enerji təhlükəsizliyi sistemində mühüm iştirakçıya çevriləcək


"Özbəkistan təbii sərvətləri ilə yanaşı, bərpa olunan enerji sahəsində böyük potensiala malik bir ölkədir. “Yaşıl Enerji Dəhlizi” layihəsinə görə, Mərkəzi Asiyada istehsal olunan günəş və külək enerjisi Xəzər dənizi vasitəsilə Azərbaycan və Gürcüstan vasitəsilə Avropa bazarına nəql edilə bilər".

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi (uza.uz) məlumat yayıb. Bildirilib ki, bu layihə həyata keçirilərsə, Özbəkistan ilk dəfə olaraq Avropa enerji təhlükəsizliyi sistemində mühüm iştirakçıya çevriləcək:

"Azərbaycan neft və qaz dövləti olmaqla yanaşı, həm də “yaşıl” enerji tranziti mərkəzi statusu qazanacaq".

Süleyman
Xəbəri paylaş