Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kənd təsərrüfatının inkişafında dövlət dəstəyi və yeni perspektivlər

Kənd təsərrüfatının inkişafında dövlət dəstəyi və yeni perspektivlər



"Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasətində kənd təsərrüfatı sektoru xüsusi yer tutur. Son illərdə qeyri-neft sektorunun inkişafına yönəlmiş ardıcıl dövlət siyasəti aqrar sahənin modernləşdirilməsinə, kənd yerlərində məşğulluğun artırılmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfələr verib. Cənab Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə etdiyi çıxış da məhz bu istiqamətdə görülən işlərin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır".

Newscenter.az-ın xəbərinə görə, bunları YAP üzvü Elşən Səfərov deyib. Onun sözlərinə görə, dövlət başçısı çıxışında vurğulayıb ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatının strateji sahələrindən biridir və bu sahənin inkişafı həm iqtisadi, həm də sosial baxımdan mühüm əhəmiyyət daşıyır:

"Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxaldan asılılığın azaldılması və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlər aqrar sektorun dayanıqlı inkişafına xidmət edir.

Müşavirədə səsləndirilən əsas məqamlardan biri dövlət dəstəyinin daha da gücləndirilməsi ilə bağlı olub. Cənab Prezident qeyd edib ki, fermerlərə subsidiyaların verilməsi, güzəştli kreditlərin ayrılması, kənd təsərrüfatı texnikasının lizinq yolu ilə təqdim olunması və suvarma infrastrukturunun yenilənməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu tədbirlər kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə və rəqabət qabiliyyətinin artmasına şərait yaradır".

Arzu
Xəbəri paylaş