
"Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aqrar sahənin inkişafı və mövcud vəziyyətinə dair geniş iclas təşkil olunub. 25 may tarixində baş tutan mühüm əhəmiyyətli müşavirədə ölkənin kənd təsərrüfatı sektorundakı prioritet məsələlər müzakirə edilmişdir".
Newscenter.az-ın xəbərinə görə, bunu deyən YAP üzvü Tural İsmayılovun sözlərinə görə, Prezident müşavirədə iştirak edərək kənd təsərrüfatının inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır:
"Bildirilmişdir ki, fermerlərə göstərilən dövlət dəstəyi, xüsusilə subsidiya mexanizmləri, güzəştli kreditlər və müxtəlif təşviq tədbirləri aqrar sahənin inkişafında mühüm rol oynayır. Qeyd olunmuşdur ki, gübrə və yanacaq güzəştlərinin tətbiqi kənd təsərrüfatı istehsalçılarının fəaliyyətini daha da stimullaşdırır. Həmçinin aparılan islahatlar nəticəsində bir sıra sahələrdə, o cümlədən pambıqçılıqda mühüm nailiyyətlər əldə edilmişdir. Vaxtilə geriləmə müşahidə olunan pambıqçılıq sahəsində məhsuldarlıq və istehsal həcmi əhəmiyyətli dərəcədə artmış, bu isə regionlarda məşğulluğun yüksəlməsinə və kənd əhalisinin rifahının yaxşılaşmasına müsbət təsir göstərmişdir".
Şeyda













































