Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaq bağçalarını qida məhsulları ilə təchiz edən tədarükçü şirkətlərin nümayəndələrinə təlim keçirilib



Newscenter.az.18.02.2020. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində sağlam qidalanmanın təbliğ edilməsi istiqamətində maarifləndirmə işlərini davam etdirir. Newscenter.az xəbər verir ki, həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində bu dəfə uşaq bağçalarını qida məhsulları ilə təchiz edən tədarükçü müəssisələrin məsul şəxslərini cəlb etməklə təlim-seminar keçirilib.

Təlimdə qida məhsulların təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsində kompleks yanaşmanın tətbiqinin vacib olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində qidalar uşağın yaşı nəzərə alınmaqla onun orqanizminin funksional vəziyyətinə uyğun olmalı və uşağın sağlamlığı üçün təhlükə törətməməlidir. Həmçinin, inkişafda olan orqanizmin fizioloji tələbatını təmin edən düzgün və balanslaşdırılmış qidalanma müxtəlif mənfi faktorlara qarşı dayanıqlığı artırır. Odur ki, erkən və məktəbəqədər uşaqlarda qida rasionunun təməl prinsiplərinə əməl etmək çox vacibdir.

Seminar iştirakçılarına Azərbayan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məktəbəqədər təhsil müəssisəsində aparılmış monitorinqlər zamanı aşkarlanmış nöqsanlar, onların aradan qaldırılması məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Qarşılıqlı diskussiya şəraitində davam edən təlim-seminarda uşaq bağçalarının rəhbərlərini və ölkənin qida sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.
Xəbəri paylaş