Newscenter.az.22.02.2020. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında ümumi istifadədə olan 17542,6 km uzunluqda avtomobil yolu var ki, onun da 4385 km-i Respublika əhəmiyyətli, 13157,6 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir.
Newscenter.az-a Agentlikdən verilən xəbərə görə, bu yollardan 2661 km-i hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Cəmiyyətin balansında 1316 ədəd körpü var. 90 körpü işğal olunmuş ərazilərdə yerləşir.