Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Möhkəm təməl üzərində qurulan sarsılmaz qardaşlığın təntənəsi



Newscenter.az.26.02.2020. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 25-də Azərbaycana səfəri və Prezident İlham Əliyevlə apardığı səmərəli müzakirələr iki qardaş ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini növbəti dəfə nümayiş etdirdi. Dövlət başçılarının imzaladığı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Protokolu Azərbaycan və Türkiyə arasında strateji qardaşlığını möhkəmlənməsində xüsusi rol oynayan mühüm sənəd kimi qiymətləndirilə bilər.

Türkiyənin və Azərbaycanın strateji hədəfləri olduqca böyük və əhatəlidir. Hazırda dünyanın yeni formalaşan enerji xəritəsində mühüm strateji mövqe və nüfuz sahibi olmaq uğrunda rəqəabət dərinləşir və bu coğrafiyada təşəbbüskarlığı, liderliyi ələ almağı bacaran Türkiyə və Azərbaycan davamlı olaraq regionda yeniliyin çarçıları kimi enerji-kommunikasiya dəhlizlərində yerlərini daha da möhkəmləndirir. Bu gün iki qardaş ölkə “iki dövlət, bir millət” olaraq regionda sabitləşdirici faktor olmaqla yanaşı, digər bütün xalqların təhlükəsizliyi, sabitliyi, rifahı və zənginliyi üçün qollarını çırmayıb tər tökür, dərin və işıqlı zəka ilə gələcəyə nikbin həyat və tərəqqini təmin etməyə çalışırlar.

Azərbaycan və Türkiyə regionda yeni uğur hekayələri yazmaqda davam etməkdədir. Hər iki ölkə bir-birinə dəstək verməklə, güclü və möhtəşəm gücünə güc qatmaqla həm də birgə ümummilli hədəflərə çatmağa nail olur. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan xalqının yanındadır. Eyni zamanda, birmənalı olaraq Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır. “Bizim birliyimiz əbədidir və təbii ki, biz öz gələcəyimizi bu möhkəm təməl üzərində qururuq” deyən dövlətimizin başçısı qeyd edib ki, bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir.

Türkiyə və Azərbaycanın halı, sevinci, məlalı bir olduğu kimi taleləri də oxşardır. İki qardaş ölkə 30 ildir ki, terrorizmindən əziyyət çəkir. Ermənistan azərbaycanlılara qarşı misli görünməmiş terror siyasəti həyata keçirir, PKK terrorçuları isə türk xalqına qarşı amansız qətliamlar törədib. hərbi qüdrətini azaltmaq hec cür mümkün deyil. Türkiyə-Azərbaycan regionda sarsılmaz dostluq və qardaşlıq formatı yaradıblar. Dünyada terrorçulara qarşı ikili standartlar nümayiş etdirilsə də, iki qardaş ölkənin iqtisadi-siyasi-hərbi qüdrətini azaltmaq hec cür mümkün deyil. Azərbaycan xalqı hər zaman türk xalqının yanında olub. Biz yaxşı günlərdə də, pis günlərdə də daim bir yerdəyik. Çünki birliyimiz həm bugünkü əlaqələrimizi gücləndirir, həm də tarixi əsaslara söykənir.

Türkiyə Prezidentinin bəyanatında hər zaman olduğu kimi bu dəfə də ana şüar Dağlıq Qarabağ mövzusdu oldu. Dağlıq Qarabağ məsələsində ilk gündən Azərbaycanın mövqeyini dəstəkləyərək işğalçı Ermənistanla bütün siyasi-diplomatik münasibətləri dondurmuş Türkiyə növbəti dəfə Ermənistana, bu ölkənin yeni hökumətinə mesaj göndərdi. Ermənistanı beynəlxalq birliyin, BMT qətnamələrinə əməl etməyə çağırdı. Azərbaycan ərazilərini işğaldan azad etməyə dəvət etdi: “Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur. Azərbaycana bu haqlı mübarizəsində verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik. Minsk qrupunun bu məsələdə təəssüf ki, səmimi davranmadığını da açıq şəkildə ifadə edirəm. Çünki təxminən 25 il vaxt itirilib. Nə üçün və nəyə görə heç bir nəticəyə nail olunmur”.

Hər iki ölkənin Prezidenti tərəfindən səsləndirilən bəyanatlar və verilən mesajlar təsdqilədi ki, Türkiyə və Azərbaycan qardaşlığı regionun siyasi xəritəsini cızır, yeni zəngin çalarlar əlavə edərək regionda geniş sülh və təhlükəsizliyə, əməkdaşlığa davamlı şəkildə öz töhfəsini verirlər. Bu gün Azərbaycan və Türkiyə münasibətləri “Bir millət iki dövlət” anlayışının bütün fəlsəfi ruhuna uyğun olaraq qarşılıqlı münasibətlərin hərarətini yüksəldərək region üçün örnəkverici nümunəyə çevrilməkdədir. Bu iki ölkənin atdığı bu cür addımların digər türk dövlətləri tərəfindən də gerçəkləşməsi istisna olunmur.

Vaqif Abdullayev-Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş