Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Torpaqla örtülən qaz kəmərləri dayaqlar üzərinə qaldırılır



Newscenter.az.26.02.2020. 2019-cu ildə bölgələrdə ümumi uzunluğu 18 kilometrdən çox olan 530 mm diametrində qaz kəmərləri torpaqdan təmizlənərək beton dirəklər üzərinə qaldırılıb.

Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, uzun müddət müxtəlif təsirlərdən torpaq qatı ilə örtülən kəmərlərin dirəklərə qaldırılaraq yenidən boyanması, onların istifadə müddətini xeyli artırmış olacaq. Qazax rayonu Əskipara Qaz Paylayıcı Stansiyasından Quşçuayrım istiqamətində 7300 metr, Ağstafa rayonu Saloğlu-Poylu istiqamətində 3800 metr, Gəncə-Göygöl istiqamətində 7500 metr uzunluğunda olan kəmərlər əvvəlki görkəminə qaytarılıb.

2020-ci ildə də bu sahədə görüləcək işlərə artıq start verilib. Ümumi uzunluğu 16 km-dən çox olan Gəncə-Dəlimmədli istiqamətindəki qaz kəməri, Bərdə, Cəlilabad rayonlarındakı qaz kəmərləri, Masallı rayonunda “Bambaşı” və “Şərəfə” qaz kəmərləri il ərzində təmir edilərək beton dirəklər üzərinə qaldırılacaq.
Xəbəri paylaş