Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMU-nun daha bir məzunu ABŞ-ın nüfuzlu şirkətində çalışacaq



Newscenter.az.28.02.2020. Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə (ingilis dili) ixtisası üzrə 2018/2019-cu tədris ilinin bakalavr məzunu Kamil Məmmədzadə ABŞ-ın nüfuzlu “SIRVA Relocation & Moving” şirkətindən iş təklifi alıb.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, dünyada bazar payına görə lider olan bu şirkətdə K.Məmmədzadə Maliyyə analitiki olaraq işə başlayıb.

K.Məmmədzadə eyni zamanda, Avropanın nüfuzlu universitetlərindən biri olan Praqa İqtisad Universitetində magistratura təhsili alır. Məzunumuz təhsil və iş həyatı ilə bərabər, şəhərin azərbaycanlı icmasının ictimai fəaliyyətində də aktiv iştirak edir.

Qeyd edək ki, K.Məmmədzadə 680 balla BMU-nun Maliyyə ixtisasına daxil olub və Prezident təqaüdünə layiq görülüb.

Onu da xatırladaq ki, BMU-nun Maliyyə ixtisası üzrə daha bir məzunu Yusif Aşırov ABŞ-da və dünyada tibbi avadanlıqlar, həmçinin əczaçılıq sənayesi üzrə tanınmış “Johnson & Johnson” şirkətində çalışır. BMU-nun bakalavr pilləsinə 690 balla daxil olan və Prezident təqaüdünə layiq görülən Y.Aşırov hazırda əmək fəaliyyəti ilə yanaşı, magistratura təhsilini Praqa İqtisad Universitetində davam etdirir.
Xəbəri paylaş