Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən il ARDNF-nin büdcə gəlirləri 19 030,6 milyon manat olub



Newscenter.az.28.02.2020. Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) Newscenter.az-a bildirilib ki, 2019-cu il ərzində ARDNF-nin büdcə gəlirləri 19 030,6 milyon manat, büdcə xərcləri isə 11 588,6 milyon manat təşkil edib.

2019-cu il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 404,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 14 614,7 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, akrhesabı ödənişləri 4,7 milyon manat, tranzit gəlirləri 18,9 milyon manat təşkil edib.

Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 3 625,9 milyon manata bərabər olub ki, bu da ümumi gəlirlərin 19,1%-ni təşkil edir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 731,7 milyon manat təşkil edib.
Xəbəri paylaş