Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yunan hərbçilər miqrantların qayığını batırmaq istədi-VIDEO



Newscenter.az.2.03.2020. Yunanıstan Sahil Mühafizə Xidmətinin əməkdaşları Qərbə getmək istəyən miqrantların gəmisini batırmağa cəhd edib.

“Report” TRT-yə istinadən xəbər verir ki, hadisə Türkiyənin Yunanıstanla su sərhədində - Bodrum rayonunun yaxınlığında baş verib.

Hərbçilər qayığa qarşı təhlükəli manevrlər edib, atəş açıb və uzun zopa ilə onu batırmağa çalışıblar.

Qaçqınları faciədən Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları qurtarıblar.
Xəbəri paylaş