Newscenter.az.22.03.2020. "Dünyada ciddi fəsadlar törədən koronavirus infeksiyasının qarşısını almaq məqsədi ilə ölkəmizdə də bütün qüvvələr səfərbər olunub. Zərərlərin minimumlaşdırılması namine bütün dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir".
Newscenter.az xəbər verir ki, bu fikirləri özünün facebook səhifəsində millət vəkili Könül Nurullayeva səsləndirib. O, vətəndaşlara çağırış edərək koronavirusa qarşı mübarizədə irəli sürülən tələblərə əməl etməyi zəruri sayıb:
"Bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, dünyanı ciddi sınaq qarşısında qoyan bu bəla ilə mübarizədə azacıq da olsa, dövlətə öz dəstəyini nümayiş etdirməyə, tövsiyyə və tələblərə ciddi riayət etməyə çağırıram".
Mehman