Türkiyədə koronavirus qurbanlarının sayı 30-a çatdı
Tarix: 22-03-2020, 23:53
Newscenter.az.22.03.2020. Türkiyədə koronavirus qurbanlarının və virusa yoluxanların sayı artıb.
Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində bildirib.
Nazir deyib ki, ölkədə koronavirusa yoluxanların sayı 947 nəfərdən 1 256 nəfərə, ölənlərin sayı 21-dən 30 nəfərə yüksəlib.