Newscenter.az.23.03.2020. Sabiq millət vəkili Anar Axundzadə Prezident İlham Əliyevin koronavirusla bağlı çağırışına dəstək verib.
Newscenter.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə video paylaşaraq əhalini “evdə qal” kampaniyasına qoşulmağa çağırıb.
Qeyd edək ki, Prezident İlham Əliyev koronavirus pandemiyasına görə əhaliyə sağlamlıqlarını qorumaq üçün evdə qalmaq çağırışını edib.