Newscenter.az.28.03.2020. Ümid edirəm ki, yaxın zamanlarda bank borcları dondurulacaq. Bununla bağlı narahatlıq keçirməyin.
Newscenter.az xəbər verir ki, bu fikirləri özünün facebook profilində millət vəkili Razi Nurullayev səsləndirib. O, qeyd edib ki, yaxın zamanlarda ölkə rəhbərliyi bu məsələni həll edə bilər:
"Yadınızdadırsa, inflyasiya nəticəsində yaranan borclar Prezident sərəncamı ilə həll edildi. Bu çətin zamanda da əhalini sahibsiz buraxmaq olmaz və bank məsələsini ölkə rəhbərliyi, inanıram ki, yaxın günlər ərzində həll edəcək. Sadəcə banklara, mağazalara və digər borc verənlərə tövsiyyə lazımdır və yəqin ki, bu ediləcək".
Millət vəkili onu da qeyd edib ki, uğurlu yol, işıq və qaz tariflərini karantin ərzində sıfıra endirməkdir:
"Bu mənim ürəyimdən keçən həll yoludur. Məqbul variant tapılacaq. Sizlərdən yüzlərlə müraciət alıram ki, qaz, su, işıq tariflərinə görə narahatsınız. Təbii ki, hamımız narahatıq və inanıram ki, ölkə Prezidenti və hökumət bunu çox gözəl bilirlər".
Mehman