Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə koronavirusdan ölənlərin sayı 131 nəfərə çatdı



Newscenter.az.29.03.2020. Türkiyədə daha 23 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, bununla da infeksiyadan ölənlərin sayı 131-ə yüksəlib.

"Bu gün daha 9 982 nəfər koronavirusla bağlı test yoxlanışından keçib. Nəticədə daha 1 815 nəfərdə infeksiya aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 9 217 nəfərə çatıb. Onlardan 568 nəfəri reanimasiyadadır, daha 105 nəfəri isə sağalıb", - nazir deyib.
Xəbəri paylaş